Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada həbs edilən azərbaycanlı, 1974-cü il təvəllüdlü Zahid Abbasovun cəzasının tənzimlənməsi ilə bağlı qərar qəbul edilib.
Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Zahid Abbasovun Rusiya Ali Məhkəməsinin çıxardığı hökmü təsdiqlənib. Onun cəzasını Azərbaycan həbsxanasında cəzasını çəkməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Zahid Abbasov 1994-cü ildən məhbəs həyatı yaşayır. 1994-cü ildə işləmək üçün Rusiyaya gedib. Elə həmin ildə qəsdən adam öldürmə ittihamı ilə məhkum edilib. Həmin il cinayət törədən Zahid Abbasovun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası çıxarılıb. Lakin 1997-ci ildə onun barəsindəolün ölüm hökmü əfv edilib və cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvvəz edilib.
Azərbaycan vətəndaşı olan Zahid Abbasov ötən il ölkəmizə ekstradisiya olunub. O, cəzasını Qobustan Həbsxanasında çəkəcək. Məhkəmə iclasında çıxış edən Zahid Abbasov cinayət törətmədiyini, şərləndiyini bildirib.
Hacı Zeynalov