30 Oktyabr 2014 14:04
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda mağazadan oğurluq edən iki nəfər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Cəlilabad şəhər sakini Məhəmməd Əliyev rayon Polis Şöbəsinə müraciət edərək mağazasından müxtəlif vaxtlarda 2900 manat oğurlanmasını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş mağazada satıçı işləyən şəhər sakinləri Tural Hüseynov və Raqif Həşimzadə saxlanılıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər