10 May 2021 10:07
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zarat kənd sakini Ramil İlyasov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin yaxınlığında yerləşən və nəzarət etməsi üçün ona tapşırılan bağ sahəsinə keçirilən baxış zamanı, oradan R.İlyasov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək becərilmiş 120 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı R.İlyasov narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər