Bakının Nəsimi rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Mikayıl Rüstəmov və Mətin Tofiqoğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Azər Tağıyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən Mikayıl Rüstəmov və Mətin Tofiqoğlunun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.