Bakının Nəsimi rayonunda qadına qarşı dələduzluq edən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Taleh Əliyev tutulub.
Onun oktyabrın 4-də İlqar Əmrullayevin və oktyabrın 8-də Tamara İmamverdiyevanın etimadlarını qazanıb hesablarından pul çıxarması məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov