Bakının Binəqədi rayonunda evlərin zirzəmiləri və həyətyanı sahələri yağış sularından təmizlənib.
Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, intensiv yağışlar nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri və Sulutəpə qəsəbələrində 13 fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahəsi su ilə dolub.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi texnika vasitəsilə həmin ərazilərdən suyu çəkib, suyun həyətlərə axınının qarşısını alıb, həmçinin, 31 nəfərə müvafiq köməklik göstəriblər.