4 Noyabr 2014 13:00
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan Ruslan Abdullayev, Taleh Bağırov və Yaqub Novruzovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Bakı sakini Taleh Bağırov və Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Abdullayev və Yaqub Novruzov saxlanılıb. Axtarış zamanı onlardan ümumilikdə 1 kq 41 qram heroin müsadirə olunub.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 12-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər