Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Vidadi Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vidadi Qurbanov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Vidadi Qurbanov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Hacı Zeynalov