5 Noyabr 2014 14:24
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan kriminal avtoritetə telefon keçirməkdə təqsirli bilinən məşhur vəkil Kamandar Rəfi oğlu Nəsibovun apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb.

Nadir Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib. Kamandar Nəsibovun barəsində Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə ittiham edilib.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Kamandar Nəsibova cərimə cəzası kəsilib. Hökmdən narazı qalan Kamandar Nəsibov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamandar Nəsibovun şikayəti üzrə ilkin dinləmə olub. İlkin baxış zamanı şikayət baxış iclasından çıxarılıb və bəzi məsələlərə aydınlıq gətirilməsi üçün iş yenidən Qaradağ rayon Məhkənəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər