6 Noyabr 2014 12:06
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Gündüz Balakişiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin mayın 11-də Xətai rayonu Nobel prospektində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Gündüz Balakişiyevin idarə etdiyi “Mercedes” markalı və 1970-ci il təvəllüdlü Bəxtiyar Həbibovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə, “Mercedes” markalı avtomobilin sərnişini 1989-cu il təvəllüdlü Natiq Cəfərov Neyrocərrahiyə xəstəxanasına, Bəxtiyar Həbibov və sərnişinləri 1944-cü il təvəllüdlü Firəngiz Həbibova, 1961-ci il təvəllüdlü Təranə Həbibova 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Firəngiz Həbibova xəstəxanada ölüb. Digər şəxslərə tibbi yardım götərilməsi nəticəsində həyatlarını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, yol qəzasının törədilməsində Gündüz Balakişiyev günahkardır. Onun barəsində Cinayət Məcəlləsinin 263-cü (yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır, ağır zərər vurma və yaxud ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Gündüz Balakişiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər