25 İyul 2021 22:26
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan, 1978-ci il təvəllüdlü Həsənov Tariyel Valeh oğlu restoranın qarşısında bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Müəllif: Teleqraf.com