Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Rasim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rasim Əlizadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq edib. Rasim Əlizadənin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov