11 Noyabr 2014 15:55
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon Məhkəməsində oğurluq və narkotik vasitə saxlamaqda ittiham olunan Vüqar Rüstəmov və Ceyhun Qəhrəmanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi və 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, tutulan Bakı şəhər sakini Ceyhun Qəhrəmanovdan 1,219, Vüqar Rüstəmovdan isə 1,310 qram tiryək aşkar edilib.

İstintaq araşdırmaları zamanı onların ötən ildən etibarən bir neçə avtomobili qarət etdikləri məlum olub. Təqsirləndirilən şəxslər ötən il noyabrın 7-nə keçən gecə Ə.Əlizadə küçəsində yaşayan Vüsalə Nəsibovaya məxsus “Nissan”, noyabrın 8-də C.Hacıbəyli küçəsində Tural Abdullayevə məxsus “Kia”, noyabrın 16-da isə Ə.Rəcəbli küəsində Günay Quliyevaya məxsus “Hyundai” markalı avtomobillərdən, şüşəsini sındırma yolu ilə içərisində pul, bankomat kartları və müxəlif əşyalar olan əl çantalarını qarət ediblər.

Bundan başqa, bu il yanvarın 17-nə keçən gecə Çəmənzəminli küçəsində Ulduz Əhədovaya məxsus “Toyota”, yanvarın 30-da A.Nemətulla küçəsində Ceyhun Həsənova məxsus “Nissan”, fevralın 9-na keçən gecə Azadlıq prospektində Tərlan Əbdülova məxsus “Kia”, fevralın 10-da Ə.Rəcəbli küçəsində Mehdi Əbilova məxsus “Mitsubishi”, fevralın 23-də Təbriz küçəsində Cəmilə Axundovaya məxsus “Nissan”, martın 7-də Ə.Əlizadə küçəsində İlkin Hacıyevə məxsus “Kia”, martın 29-da M.Sənani küçəsində Cavidan Hüseynova məxsus “Hyundai” markalı avtomobillərdən oğurluq ediblər. Onu da qeyd edək ki, Vüqar Rüstəmov əvvəllər də oğurluq etdiyinə görə məhkum olunub.

Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Vüqar Rüstəmov 4 il 6 ay, Ceyhun Qəhrəmanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin Ceyhun Qəhrəmanovun 3 min manat cərimə olunması ilə bağlı qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər