28 Sentyabr 2021 19:05
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda həmkəmdlisini öldürməyə cəhd etməkdə ittiham olunan 1966-cı il təvəllüdlü Yadigar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin mayın 25-də baş verib. Rayonun Çaxırlı kənd sakini, 1993-cü il təvəllüdlü Alı Alıyev həmkəndlisi Yadigar Cəfərov ilə aralarında yaranan münaqişə zəminində qolundan və qarın nahiyəsindən çoxsaylı güllə yaraları alıb.

Alı Alıyev hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə İmişli rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə vəziyyəti ağır olduğu üçün Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Yadigar Cəfərovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər