Daxili İşlər Nazirliyi paytaxtda naməlum sürücünün avtoxuliqanlıq hərəkətləri etməsini ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bir neçə gün öncə elektron mediada və sosial şəbəkələrdə Yasamal rayonunda “Ağ çiçəyim” şadlıq sarayının ətrafında naməlum sürücünün avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntü yayılıb.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus “VAZ-2107” markalı avtomobillə edib.
Əəziz Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib.
Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Hacı Zeynalov