Bakının Yasamal rayonunda soyğunçuluq edən həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini, 1992-ci il təvəllüdlü Fərid Yəhyayev tutulub. Fərid Yəhyayev rayon ərazisində vətəndaşa qarşı soyğunçuluq etməkdə şübhəli bilinir. O, əsasən gecə saatlarında qadınlara basqın edərək, onları qarət etməsi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov