14 Noyabr 2014 13:40
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gömrükçüləri 76 kq heroin aşkar ediblər.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Gömrükçülər tərəfindən saxlanılan narkotik vasitələrin çox hissəsini, yəni 76 kq-a qədərini güclü təsiredici xassəyə malik heroin təşkil edib.

Məlumata görə, gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində 2014-cü ilin ilin müvafiq dövrü ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 135 fakt aşkar olunub. Bu faktlar üzrə 160 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

2014-cü ilin müvafiq dövrü ərzində gömrük keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlərinin tətbiqi nəticəsində isə 19 fakt üzrə - 5 kq 916 qram tiryək, 65 qram heroin, 1 kq-dan çox qurudulmuş marixuana, 17 qram həşiş, 87 milli qram metadon məhlulu aşkar olunub.

Naibə QURBANOVA


Müəllif: