22 Noyabr 2021 18:48
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Standartlaşdırma İnstitutunun vəzifəli şəxsi Rafiq Əzizovun barəsində cinayət işi başlanıb.

Teleqraf.com-un məlumatına görə, R.Əzizov rüşvət almaqda ittiham edilərək həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əzizov barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb və iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icratına verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər