Abşeron rayon Məhkəməsində gəlinin döyməkdə təqsirli bilinən 1946-cı il təvəllüdlü Zemfira Şeydayevanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə 31 yanvar 2014-cü il tarixdə, gecə saat 01.00 radələrində baş verib. Zemfira Abşeron rayonunun Saray qəsəbəsində yerləşən birlikdə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı keçmiş gəlini Rübabə Səfərovanı döyüb.
Rübabə hadisə zamanı xəsarət alıb. Bu səbəbdən Zümfira Şeydayevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zemfira Şeydayeva 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Hacı Zeynalov