15 Dekabr 2021 11:29
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda qətl törətməkdə təqsirləndirilən Sabir Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.

İttihama görə, bu ilin sentyabrın 12-də, saat 23 radələrində rayonun Köçəskər kəndi ərazisində kənd sakinləri - Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşfiq Zeynalovaya isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalara görə, 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla həmkəndlisi, 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, onun qardaşı Müşfiq Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Sabir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər