24 Dekabr 2021 09:23
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Qəniyev, Q.Məmmədov, S.Tağıyev, Ş.Şirvanov, M.İsmayılov, F.Ağayev və T.Nüsrətzadədən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər