Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Dəliməmmədli şəhərinin ərazisində qeydə alınıb. Tərtər rayon sakini Nurəddin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə Nurəddin Məmmədovun sərnişini, oğlu Adil xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi araşdırmalar tərəfindən aparılır.
Hacı Zeynalov