20 Noyabr 2014 08:24
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə saatlarında Samux rayon sakini dostu tərəfindən bıçaqlanıb.

Hadisə rayonun Alabaşlı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 33 yaşlı İsgəndərov Eldəniz Məsdan oğlu dostu ilə şəxsi münasibətlər zəminində baş verən dava zamanı bıçaqlanıb.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisədən dərhal sonra zərərçəkən sol bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: