20 Noyabr 2014 12:05
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda dilənçiliklə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dilənçiliklə məşğul olan 31 nəfər saxlanılıb. Onlardan 16-ı qadın, 15-i azyaşlıdır. Saxlanılan şəxslərin barəsində tədbir görülüb və yaşadıqları rayonlara göndəriliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər