20 Noyabr 2014 12:36
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Gülşən Rauf qızı Zamanovanın yanına qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhəri sakini Xurşud Böyük qızı Zamanovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Keçirilən baxış zamanı Xurşud Zamanovanın əl çantasının içərisindən 1 ədəd “Nokia” markalı və daxilində 1 ədəd “Sim” danışıq kartı aşkar edilərək götürülüb.

Gülşən zamanova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər