16 Mart 2022 10:08
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Sənan Abdullayev və İlqar Atayevin cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teleqraf.com xəbər verir ki, iş araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib.

Qeyd edək ki, bundan əvvəl Sənan Abdullayev və İlqar Atayevin cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Prosesinə sədrlik edən hakim Rəşad Əliyev özü-özünə etiraz edib. O, etirazını belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərdən biri onun və qohumlarının uzun illər yaxın tanışlıq münasibətləri olub. Hakim bu səbəbi işin qeyri-obyektiv qərar kimi qiymətləndiriləcəyini qeyd edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə etiraz təmin edilib və işə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İttihama görə, Sənan Abdullayev və İlqar Atayev 2021-ci ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin yutub sosial şəbəkəsində yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə əldə edilən sübutlar əsasında Sənan Abdullayev və İlqar Atayevə Cinayət Məcəlləsinin 182.2.1-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (Təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər