Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Məhəmməd Məstanovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Quba rayonun 2-ci Nügədi kəndində Turan Musayev bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən həmkəndlisi Məhəmməd Məstanov tutulub.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra məhkəmə baxışı dekabrın 3-nə təyin edilib.
Hacı Zeynalov