9 May 2022 01:14
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.

Teleqraf.com xəbər verir ki, hadisə mayın 8-i gecə saatlarında paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102" Zəng-Mərkəzinə müraciət edilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidməti bildirib ki, hadisə ilə bağlı nazirliyə məlumat daxil olub, araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər