Şəkidə intihar hadisəsi baş verib.
Şəki rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Orta Zəyzit kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1935-ci il təvəllüdlü Minayə Mahmudova özünü yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asıb. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov