Rusiyada cinayət törədən azərbaycanlı həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fəxrəddin Köçəriyev tutulub. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olub.
Hacı Zeynalov