2 Dekabr 2014 14:58
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Dünya Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Dünya Cəfərova 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Dünya Cəfərova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və Sergey Biserovla birlikdə cinayət əməli törədiblər.

Zərərçəkmiş şəxsin şikayətindən sonra Vüsal Müslümov və Sergey Biserov həbs olunsalar da, Dünya Cəfərovanın barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmə prosesi keçirilən zamanı Dünya Cəfərova iclaslara gəlməyib. Bunun üçün də onun barəsində məhkəmə tərəfindən həbs qərarı verilib. Bundan sonra qadın həbs edilib və barəsində olan cinayət işi digərlərinin cinayət işindən ayrılaraq yenidən icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 dekabr 2014-cü il tarixli hökmü ilə Vüsal Müslümov 12 il, Sergey Biserov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Vüsal Müslümov baş prokuror Zakir Qaralovun əmri ilə işdən kənarlaşdırılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər