Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəsul Əlibalayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rəsul Əlibalayev Naxçıvani küçəsində Vəfa Zahid qızı Kərimovanı qarət edib. Qadının şikayəti əsasında aparılan araşdırmalar zamanı hadisəni törədən şəxsin Oğuz rayon sakini, 27 yaşlı Rəsul Əlibalayev olduğu müəyyən edilib.
O, şübhəli bilinən şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı Rəsul Əlibalayev törətdiyi cinayət əməlini etiraf edib və hadisəyə səbəb kimi içkili olmasını göstərib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəsul Əlibalayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov