Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi törədən gənc həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə noyabrın 26-da axşam saatlarında A. Nemətulla küçəsində baş verib. Nərimanov RPİ Təhlükəsiz Şəhər Xidməti, 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnurə Sadıxovanın içərisində 530 manat, bank və tibbi müayinə kartları olan pul kisəsini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elton Ağaballı tutulub.
Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.
Hacı Zeynalov