4 Dekabr 2014 15:49
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirmək istəyən Rufan və Lətif Məmmədov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Lətif Məmmədov 11 il, Rufan məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər