8 Dekabr 2014 11:46
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Sumqayıtda silsilə oğurluqla məşğul olan qrup üzvləri - Hacı Daşdəmirov, Rauf Tağıyev, Taleh Hüseynoğlu, Hüseyn Ağayev, Nicat Ağayev, İlkin Sadıqovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Taleh Hüseynov, və İlkin Sadiqov Corat qəsəbə sakini Qərənfil Çələbiyevə məxsus fərdi yaşayış evinə pəncərəni qırma yolu ilə daxil olublar. Oradan zərərçəkənə məxsus qızıl-zinət əşyalarını və bir ədəd noutbuku götürüblər.

Saxlanılan şəxslər qanunsuz yolla əldə etdikləri qızıl - ziynət əşyalarını Sumqayıt şəhərində yerləşən ticarət mərkəzlərindən birinə 1500 manata sataraq əldə etdikləri pulu aralarında bölüblər.

Sentyabrın 21-də Rauf Allahyarova məxsus mağazadan oğurluq etmiş Corat qəsəbə sakini, əvvəllər məhkum olunan Hacı Daşdəmirov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il yanvarın 8-də Ruslan Bayramova məxsus mağazadan 1600 manat pul, spirtli içki, tütün məmulatı və ərzaq məhsulları, habelə yanvarın 8-ə keçən gecə Sumqayıt şəhərinin ərazisində şəhər sakini Zamin Şirəliyevə məxsus mağazadan 35 manat pul və tütün məmulatı oğurlaması da müəyyən edilib.

Dekabrın 30-da Sumqayıt şəhər sakini Ülviyyə Məmmədova Sumqayıt polisinə müraciət edərək dekabrın 29-da ona məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilməsini bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Hüseyn Ağayev, Nicat Ağayev tutulub.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hacı Daşdəmirov 9 il 6 ay, Rauf Tağıyev 5 il, Taleh Hüseynoğlu 4 il, Hüseyn Ağayev 4 il, İlkin Sadıqov 8 il 6 ayu müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilın Nicat Ağayev 2 il müddətinə şərti cəza alıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər