Bakının Xəzər rayonunda qadından hədə-qorxu ilə pul tələb edən şəxs tutulub.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Əliş Əlişov həbs edilib.
Əliş Əlişov noyabrın 12-də Qala qəsəbə sakini, 1984-cü il təvəllüdlü Vüsalə Şahbazovaya hədə-qorxu gəlməkdə şübhəli bilinib. O, Vüsalə Şahbazovanı sosial şəbəkələrdə şantaj edəcəyini iddia etməklə 3 ədəd mobil telefon, 5000 manat və qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb edib. Vüsalə Şahbazova şantaj olunması ilə bağlı polisə şikayət edib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov