Bakının Xətai rayonunda cinayət hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Mehriban Həmdəmova olması üzə çıxıb.
Mehriban Həmdəmova bu ilin aprelin 14-də günorta saatlarında Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Aysel Orucovanın məktəbli çantasından mobil telefonu oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov