Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə 4 saylı cəzaçəkmə müəssisəsində uşaq evlərində yaşayan məhkum övladlarının anaları ilə görüşü təşkil edilib.
Teleqraf.com xəbər verir ki, görüş zamanı iştirakçılara uşaq hüquqları ilə bağlı qəbul edilən mühüm sənədlər və sosial proqramlar barədə məlumat verilib, onların həyata keçirilməsində dövlət orqanlarının funksiyalarına dövlət nəzarətinin vacibliyi qeyd olunub.
Valideyn məsuliyyəti hissinin təbliği məqsədilə təşkil edilmiş görüşdə uşaq evlərindən dəvət olunmuş müəllimlər də iştirak ediblər. Məhkum analar dəvət olunmuş nümayəndələrlə övladlarının təhsil və sosial qayğıları barədə geniş fikir mübadiləsi aparıblar.
Hacı Zeynalov