Türkiyədə ər həyat yoldaşının xəyanət etdiyini düşünərək, onu öldürüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 uşaq anası olan 40 yaşlı Huri Qara 45 yaşlı Xəlil Qara tərəfindən pnevmatik tüfənglə öldürülüb.
Məhkəmədə ifadəsində Xəlil Qara bunları söyləyib: "4 ay əvvəl yoldaşımın bədənində diş və barmaq izləri gördüm. Telefonuna davamlı olaraq zənglər gəlirdi. Mənə yalandan sağa-sola dəydiyini söyləyirdi. Xəyanət etdiyindən şübhələnirdim. 10-15 gün əvvəl isə F.K adlı şəxs ilə yoldaşımı evdimdə yatağımda tutdum. Həmin an özümü toplamağa çalışdım. Çünki həyat yoldaşım mənə həb vermişdi. Hadisə günü isə yoldaşım yenə səhər işə getdi. Tüfəngi götürüb onun təqib etdim. Həyat yoldaşım çalışdığı iş mərkəzində soyunma otağına girdi. Qapıya təpik atdım, aça bilmədim. Çiyin vurdum, kilidə doğru atəş açdım. Həyat yoldaşım tüfəngin tiyəsini mən qapıya vurarkən tutdu. Atəş açdım və yoldaşım yerə yıxıldı. Sonra isə polisə gedib təslim oldum".
Məhkəmədə cütlüyün oğulları - 21 yaşlı Mədət Qara və 19 yaşlı Hilal Qara ifadə verib. Hilal Qara "Anamın başqasıyla görüşdüyünü görmədim. O, bizə görə işə başladı" deyib.
Mədət Qara da anasının bir gün belə evə gec gəlmədiyini söyləyib: “3-4 ay əvvəl atam məni internet kafeyə çağırdı. Anamın telefon qeydlərini çıxarmışdı. Heç bir şey tapa bilmədiyini söyləyirdi. Atam yanımıza gəldi, peşman bir halı vardı”.
Rüstəm