24 Noyabr 2022 10:48
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan Xanoğlan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iyulun 21-də, saat 06 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Xanoğlan Quliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər