29 Noyabr 2022 14:01
3 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində 1960-cı il təvəllüdlü Ayaz qonşusunun 17 yaşlı qızı Leylaya (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ayaz 2021-ci ilin avqust ayının əvvəlində, günorta saatlarında uşaq serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozu ilə Gəncə şəhəri 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının nevrologiya şöbəsində qeydiyyatda olan, 2005-ci il təvəllüdlü Leylanı zorlamaq qərarına gəlib.

Ayaz Leylanın evinə təkbaşına su apararaq darvazadan içəri girdiyini görüb. O, evdə başqa şəxslərin olmadığına əmin olduqda həyətə keçib. Leylanı zor tətbiq edəcəyi ilə hədələyib, onunla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xəqani Səmədovun sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1985-ci ildə ailə qurub və həmin nikahdan üç övladı doğulub.

Ayazın ifadəsinə görə, Pəri onun qonşuluğunda yaşayıb: “Pərini təxminən 30 ildən artıqdır ki, tanıyıram. Onun evi ilə mənim evimin ara məsafəsi təxminən 200-250 metrdir. Heç vaxt ədavətimiz və ya düşmənçiliyimiz olmayıb. Pəri ata evində övladları Leyla və Ləman ilə birlikdə yaşayıb. Qonşu kimi onların evində elektrik işi görmüşəm, odun doğramışam, nə vaxt çağırıblarsa, onlara əlimdən gələn köməyi etmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci il yanvar ayının 15-də “Məktəb” küçəsində arxın üzərində dəmir körpü düzəldərkən Pəri və qızı Ləman onu nalayiq ifadələrlə təhqir ediblər: "Onlar Leylanın hamilə olduğunu, mənim Leylanı zorladığımı dedilər. Mən isə Pəri və qızı Ləmana etiraz elədim, heç vaxt elə bir iş görmədiyimi söylədim. Leyla ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ona qarşı zorakılıq hərəkətləri etməmişəm”.

Ayaz əlavə edib ki, Leylaya heç bir hədə-qorxu gəlməyib: “Leylanın mənim adımı niyə çəkdiyini anlamıram. Onlara heç bir pisliyim dəyməyib. Leylanın hamilə qalmasının mənə aidiyyəti yoxdur”.

Cinayət işi üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, anası Pəri və bacısı Ləman ilə birlikdə yaşayır: “Atam 2014-cü ildə dünyasını dəyişib. Ailəmizdə kişi olmadığından və maddi imkanlarımizın zəifliyindən qonşular mütəmadi olaraq bizə kömək edərək ərzaq gətiriblər. Bizə maddi dəstək göstəriblər. Qonşu Ayaz bizə ev işlərində köməklik edib. Evimizə anamın çağırışı əsasında gəlib, evdə təmir işləri görüb, həyətimizdə ağacların budanmasına yardım edib”.

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin avqust ayının əvvəllərində anası Pəri və bacısı Ləman göz həkiminə gediblər: “Mən anamın tapşırığı ilə küçəyə gələn su maşınını gözlədim. Təxminən günorta saatlarında maşın yaşadığımız küçəyə gəlib siqnal verməyə başladı. Evdə olan su qablarını götürərək darvazadan çölə çıxdım.

Səkkiz ədəd kiçik su qablarını doldurdumm və iki-iki olmaqla evə daşımağa başladım. Sonuncu iki su qabını evin darvazasından içəri aparanda arxamca kiminsə gəldiyini hiss etdim. Əlimdəki su dolu qabları yerə qoydum, qapını bağlamaq istəyən zaman Ayaz əli ilə ilk öncə qolumdan tutdu, daha sonra saçımı yoldu. O, səsimi çıxarmamağınmı söylədi, baş nahiyəmə şillə ilə vuraraq səsimi çıxaracağım halda məni öldürəcəyini bildirdi.

Asta səslə evdən getməsini söylədim. Dəfələrlə deyib yalvarsam da, Ayaz sözlərimə məhəl qoymadı. Saçımdan tutaraq məni pilləkənlə evə qaldırdı, qonaq otağına apardı.

Məni divana doğru itələdi, zərbənin təsirindən divana sarı getdim. Ağlaya-ağlaya Ayaza yalvardım ki, məni buraxsın. Amma sözlərimə məhəl qoymadı. Məni soyundurdu, sonra özü də soyundu. Mənimlə cinsi əlaqədə oldu”.

Zərərçəkmiş bildirib ki, Ayaz onunla cinsi əlaqədə olandan sonra paltarını geyinib və bu barədə kiməsə məlumat verəcəyi halda onu öldürməklə hədələyib: “Ayazın evimizə yenidən gəlməsindən, məni öldürməsindən qorxdum. Həmçinin utandığımdan anama, bacıma və heç kəsə bu barədə məlumat vermədim. Sonrakı günlərdə məndə ürək bulantısı və halsızlıq oldu. Anam bir neçə dəfə evə təcili tibbi yardım çağırdı. Həkimlər müəyyən dərmanlar təyin etdilər, dərmanları qəbul elədim.

Sonrakı günlərdə Ayaz qarşımı kəsdi, mənə qarşı etdiyi təcavüzlə bağlı heç kəsə məlumat verməməyi bildirdi, əks halda məni öldürəcəyini söylədi. Yenə də qorxudan bu barədə heç kəsə məlumat vermədim. Bir müddətdən sonra qarnım böyüməyə başladı. Anam və bacım narahat olduğundan məni Gəncə şəhər A.Səhhət adına xəstəxanaya apardılar. Həkim müayinəsi zamanı 22 həftəlik hamilə olduğum aydınlaşdı. Anam və bacısm məni xəstəxanada danışdırdılar. Onlara olanları danışdım, Ayaz tərəfindən zorlandığımı söylədim”.

Cinayət işi üzrə ifadə verən Pərinin sözlərinə görə, əri xərçəng xəstəliyindən dünyasını dəyişib. O, ifadəsində qeyd edib ki, Leylanın Ayaz tərəfindən zorlanmasını biləndən sonra polisə müraciət edib.

Cinayət işində olan ekspertizasına dair rəyində görünür ki,Leylanın bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməyib.

Bundan başqa, rəydə qeyd olunub ki, Leylanın qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu onunla pozulmadan cinsi əlaqəyə girməyə imkan verir.

Həmçinin rəydə göstərilib ki, Ayazın Leyla ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməyib.

Digər bir ekspert rəyinə görə, Leylanın bətnində olan qadın cinsindən olan uşağın bioloji atası Ayazdır.

Ayaz 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər