Ucar rayonunda polisi aldatmağa çalışan qadının barəsində cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Ucar rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, rayonun Pirkənd kənd sakini, 23 yaşlı Aybəniz İsmayılova yaşadığı mənzildən qızılların oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat verib.
Məlumat əsasında Ucar polisi əməliyyat tədbirlərinə başlayıb. Aparılan əməliyyat tədbirləri zamanı 23 yaşlı qadının qızılları özü oğurlaması üzə çıxıb. Həyat yoldaşı Rusiyada alverlə məşğul olan qadın evində olan qızılları satıb və şəxsi ehtiyaclarına xərcləyib.
İstintaqa ifadə verən Aybəniz İsmayılova törətdiyi əməli etiraf edib. O, bildirib ki, ərindən qorxduğu üçün bu addımı atıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov