Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Xaçmaz rayon sakini,1982-ci il təvəllüdlü Saleh Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə bu ilin sentyabrın 26-da Xaçmaz rayonunun Palçıq-oba kəndində yerləşən “Zümrüd” şadlıq sarayında baş verib. Rayon sakini Saleh Hacıyev münaqişə zəminində qohumu Rüfət Xeyrullayevi döyüb. Döyülmə zamanı Rüfət Xeyrullayev hadisə yerində ölüb.
Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saleh Hacıyev tutulub.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə Saleh Hacıyevin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış dekabr 26-a təyin edilib.
Hacı Zeynalov