22 Dekabr 2014 12:11
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ədliyyə Nazirliyinin penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə saxlayan Nahid Mirmehdi oğlu Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nahid Ağayev Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) 234.4.3-cü (narkotik vasitələri saxlama) maddələrinə əsasən azadlıqdan məhrum edilib və o, cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkməyə başlayıb.

Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı 2 ədəd quru balığın içərisində gizlədilmiş, 7 ədəd sellofana bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə “Heroin” aşkar edilib. Mübariz Qasımov inzibati qaydada cəzalandırılsa da, Nahid Ağayevin barəsində cinayət işi başlanıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nihad Ağayev 9 il müddətinə azadlıqdan məhrum edilib.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər