Lənkəranda dəhşətli cinayət hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Lənkəran rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Digah kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Sevinc Bayramova iki yaşlı oğlu Məhəmmədi boğaraq öldürüb. Sevinc Bayramova azyaşlı övladını boğduğunu etiraf edib.
Sevinc Bayramova əslən rus olub. O, anadan olarkən uşaq evinə verilib və adı da Yekatirina olub. O, 5 yaşında azərbaycanlı ailəsinə övladlığa verilib və Bayramovlar ailəsi azyaşlı qıza Sevinc adını veriblər. 2010-cu ildə Sevinc Bayramova Sütəmirdov kəndində yaşayan bir kişi ilə ailə qurub. İki il ailəli olan Sevinc Bayramovanın Məhəmməd adında oğlu olub. Oğlu olandan bir neçə ay sonra əri bədbəxt hadisə nəticəsində ölüb. Bundan sonra Sevinc Bayramova ər evini tərk edib və Digah kəndində evlərdən birində kirayə yaşayıb.
İlkin ehtimala görə, əri öləndən sonra qadında psixi problemlər olub. Elə övladının da öldürən zaman özündə olmadığı deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov