Bakının Binəqədi rayonunda avtomobil oğurluğu etdiyi üçün həbs olunan qadının başqa cinayəti üzrə çıxıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Rəqsanı Quliyev dekabrın 20-də avtomobil qaçırdığına görə tutulub. Rəqsanə Quliyevanın ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən də araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 18-də Rasim Dadaşova məxsus “Mercedes” markalı avtomobili qaçırması da müəyyən edilib.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Məmmədova məxsus “Volkswagen” markalı avtomobili qaçıran Bakı şəhər sakini Rəqsanə Quliyeva saxlanılıb.
Hacı Zeynalov