Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yasamal rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə dekabrın 25-də, axşam saatlarında Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.
Həmin küçədə Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Rasim Dadaşov insanların gözü qarşısında bıçaqlanıb. Rasim Dadaşov ağır bıçaq xəsarəti ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Rasim Dadaşovun vəziyyətinin ağır olduğu üçün istintaq orqanını əməkdaşları tərəfindən dindirmək mümkün olmayıb. Bu səbəbdən də onu kim və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Hazırda Rasim Dadaşovu bıçaqlayan şəxsin müəyyən edilməsi üçün əməliyyat keçirilir.
Hacı Zeynalov