Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, hadisə bu gün Göyçay şəhərinin Rauf İsayev küçəsindəki 90 saylı mənzildə qeydə alınıb.
Şəhər sakini, 1993-cü il təvəllüdlü Ədilova İlahə Əhməd qızı yaşadığı evin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.