20 Mart 2023 11:41
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olan 1986-ci il təvəllüdlü Nurəddin Fərail oğlu Həsənov Masallı şəhərində yaşadığı evin həyətində özünə qəsd edib.

Teleraf.com xəbər verir ki, mərhumun ailə üzvləri hadisədən gec xəbər tutublar.

Hadisə yerində aparılan müayinə zamanı onun gecə saatlarında özünü asdığı müəyyən olunub.

İki övlad atası olan Nurəddin Həsənov banklardan birinin Masallı filialında kredit mütəxəssisi işləyib. Onun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com