5 Aprel 2023 13:22
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert İlkin Süleymanovun məhkəməsində ifadə verib.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib.

Hakim Dadaş İmanovun sədirliyi ilə keçirilən məhkəmə iclası 3 saata yaxın davam edib. Bu dəfəki prosesdə İlkin Süleymanovun mobil telefonu ilə bağlı ekspertizanın rəyi ətrafında dinləmələr olub.

Həmin dövrdə ekspert işləyən Məmməd adlı şəxs məhkməyə çağırılıb hakimin, prokurorun və müdafiə tərəfinin suallarını cavablandırıb. İlkin Süleymanovun mobil telefonunda cizgi filimləri və porno foto aşkar olunub. Qətlə yetirilən Nərmin Quliyevanın yaxınları da ekspertizanın rəyini məhkəmədə öyrənib.

Prosesdə İlkin Süleymanov mobil telefonundan kontaktların silindiyini, telefonuna müdaxilələrin olduğunu bildirib. Ayrıca təqsirləndirilən şəxsin yaxınlarının iddiasına görə, ibtidai istintaq zamanı İlkin Süleymanovun mobil telefonuna qanunsuz olaraq müxtəlif proqramlar yükəlnib və telefon ekspertizaya elə təqdim edilib.

Məhkəmədə mobil telefonun yenidən tədqiqata cəlb edilə edilməsi ilə bağlı təklif səsləndirilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb.

2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər